Siyəzəndəki qəzada yaralananların kimliyi AÇIQLANDI 

Siyəzəndəki qəzada yaralananların kimliyi AÇIQLANDI 

Hazırda oxunan: Siyəzəndəki qəzada yaralananların kimliyi AÇIQLANDI 

153158

Bu gün səhər Siyəzən rayonu ərazisində baş verən qəzada yaralananların da kimliyi açıqlanıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bunlar Siyəzənin Böyük Həmyə kəndindən olan, vəfat edən sürücü Samit Əmirovun anası, 61 yaşlı Kifayət Ələmdar qızı Əmirova, qardaşı 31 yaşlı Elvin Bədəl oğlu Əmirov, həyat yoldaşı, 32 yaşlı Mələkzadə Xanəhməd qızı Əmirova, uşaqları -10 yaşlı Emil Samit oğlu Əmirov, 7 yaşlı Günel Samit qızı Əmirli və qardaşının qaynı 22 yaşlı Əlövsət İkram oğlu Nəzərovdur. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakı-Quba yolunda ağır qəzada ölən ata və oğlunun kimliyi BİLİNDİ – YENİLƏNİB - FOTO 


Bu şəxslərin hamısı müxtəlif sınıq və xəsarətlərlə Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib.

“Vaz-2107” markalı avtomaşının toqquşduğu, Bakı sakini İslam Həsən oğlu Abbasovun idarə etdiyi “Toyota” markalı avtomaşında isə sürücü tək olub.

Xəsarət alanların hamısı “Jiquli” markalı avtomobildə olub. Maşının salonunda 5 böyük, 3 uşaq olub. Nəticədə sürücü Samit və 4 yaşlı oğlu Elnur yerindəcə ölüb. Dəhşətli qəzanın baş vermə səbəbini müəyyən etmək üçün avtotexniki ekspertiza təyin ediləcək. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO