H.Hacıyev: “Ermənistanın bir məqsədi var- təşviş yaratmaq”

H.Hacıyev: “Ermənistanın bir məqsədi var- təşviş yaratmaq”

Hazırda oxunan: H.Hacıyev: “Ermənistanın bir məqsədi var- təşviş yaratmaq”

1531

“Tərtər şəhərində Ermənistan silahlı qüvvələrinin gün ərzində atdığı mərmilərin, mülki insanlara, yaşayış binalarına dəymiş zərərin bu gün bir daha şahidi olduq”.

Bizim.Media-nın məlumatına görə, bunu bu gün Bərdədə keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, Ermənistan hərbi-siyasi rəhbərliyi o qədər quduzlaşıb ki, onlar diplomatik nümayəndəliklərin təmsilçiləri Bərdə və Tərtər şəhərlərində olduqda da ətraf məntəqələri bombalamağa davam edirlər.

“Onların hər hansı məsuliyyət hissi qalmayıb. Gördüyümüz kimi, onların hədəfi mülki insanlardır”.

Bərdə şəhərinin cəbhəyanı zonadan 60-70 km kənar məsafədə yerləşdiyini xatırladan Hikmət Hacıyev, Ermənistanın buranı  qadağan olunmuş silahlarla atəşə tutmasında yalnız bir məqsədin olduğunu deyib:

“Mülki insanların qətlinə səbəb olmaq və mülki insanlar arasında panika yaratmaq. Ancaq onlar bu məqsədlərinə heç bir halda nail ola bilməyəcəklər. Bərdə sakinlərinin əzmini bizim diplomatik korpus və hərbi attaşelər də bir daha gördülər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO