Bakıda ağır QƏZA: Maşın 2 piyadanı VURDU - VİDEO 

Bakıda ağır QƏZA: Maşın 2 piyadanı VURDU - VİDEO 

Hazırda oxunan: Bakıda ağır QƏZA: Maşın 2 piyadanı VURDU - VİDEO 

153066

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakıda avtomobilin piyadaları vurduğu anın görüntüləri yayıb. 

NİİM-dən Bizim.Media-ya bildirib ki, hadisə 2 gün əvvəl axşam saatlarında paytaxtın Yasamal rayonu, Mətbuat prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsində qeydə alınıb. 

"Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən xahiş edir ki, yollarda piyada keçidi olduğunu bildirən nişanlara xüsusi diqqət yetirsinlər. Piyadalara isə tövsiyə olunur ki, piyada keçidləri olsa belə, sürücülər tərəfindən onlara yol veriləcəyinə əmin olduqdan sonra yolu keçsinlər. Hərəkət iştirakçıları yollarda ehtiyatlı olsalar, belə qəzaların sayı azalar", - məlumatda qeyd olunub. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO