7 qolun vurulduğu dramatik oyunda “Barselona” qələbə qazandı - VİDEO

7 qolun vurulduğu dramatik oyunda “Barselona” qələbə qazandı - VİDEO

Hazırda oxunan: 7 qolun vurulduğu dramatik oyunda “Barselona” qələbə qazandı - VİDEO

152589

Futbol üzrə İspaniya La Liqasının III turunda “Barselona” “Vilyarreal”ın qonağı olub.

Bizim.Media xəbər verir ki, yeddi qolun vurulduğu matç Kataloniya klubunun qələbəsi ilə başa çatıb - 4:3.

“Barsa” Qavi və Frenki De Yonqun erkən qolları ilə hesabda önə keçsə də, ilk yarının sonlarına qədər meydan sahibləri Xuan Foyt və Aleksander Sorlotun qolları ilə bərabərlik yaradıblar.

İkinci yarının əvvəllərində Aleks Baena “Vilyarreal”ı hesabda önə keçirib. Lakin 68-ci dəqiqədə Ferran Torres, üç dəqiqə sonra Robert Levandovskinin qolları Xavinin komandasına qələbə qazandırıb.
“Barselona” yeddi xalla üçüncü yerdə qərarlaşıb. “Vilyarreal” isə üç xalla 13-cüdür.
 

 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO