13 yaşdan kiçik uşaqlar üçün ayrıca İnstagram yaradılır

13 yaşdan kiçik uşaqlar üçün ayrıca İnstagram yaradılır

Hazırda oxunan: 13 yaşdan kiçik uşaqlar üçün ayrıca İnstagram yaradılır

15249

Dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook şirkəti 13 yaşdan kiçik uşaqlar üçün Instagram foto paylaşma xidmətini yaradır.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Bloomberg nəşri yayıb.

“Facebook”un rəsmisi Joe Osborn etdiyi şərhdə deyib ki, uşaqların öz dostları ilə əlaqə yaratması və digər yeniliklər tapması üçün valideyn nəzarəti ilə yeni İnstagram sistemi hazırlayırıq.

Qeyd edək ki, “Facebook”un özündə də bənzər bir texnologiya var - Messenger Kids. Bu, əsas sosial mesajlaşma tətbiqinin gənclər üçün versiyasıdır.

Burada valideyn nəzarəti seçimləri də var. Instagram qaydaları da yaş məhdudiyyətlərini nəzərdə tutur - istifadəçinin yaşı 13-dən yuxarı olmalıdır.

Xatırladaq ki, Facebook sosial şəbəkəsi 2004-cü ilin fevralında Mark Zukerberg tərəfindən qurulub.

Baş qərargah Menlo Parkda (Kaliforniya ştatı) yerləşir. Facebook Messenger, WhatsApp və Instagram xidmətlərinə də sahibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO