Cəbrayıldakı partlayışda xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI 

Cəbrayıldakı partlayışda xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI 

Hazırda oxunan: Cəbrayıldakı partlayışda xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI 

152298

Bu gün Cəbrayıl rayonunun Hüseynalılar kəndi ərazisində OG-9 sursatına aid alışdırıcının partlayışı baş verib. 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, partlayış nəticəsində minatəmizləmə əməliyyatlarına cəlb edilən yerli şirkətin minaaxtaranı, 1999-cu il təvəllüdlü Qasımov Həbib Teymur oğlu xəsarət alıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Cəbrayılda minatəmizləmə zamanı PARTLAYIŞ OLDU - Xəsarət alan var 


Zərərçəkəndə “Sol əlinin iç səthinin çapılmış deşilmiş yaraları, hər iki baldırın iç səthinin xırda barıt yanıqları” xəsarəti qeydə alınıb. 

Xəsarət alan şəxsin vəziyyəti stabildir. Həyatı təhlükəsi yoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO