DYP piyadalara MÜRACİƏT ETDİ 

DYP piyadalara MÜRACİƏT ETDİ 

Hazırda oxunan: DYP piyadalara MÜRACİƏT ETDİ 

152283

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib. 

İdarədən Bizim.Media-ya bildirilib ki, yol qəzaları, o cümlədən piyadaların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələri təkcə ayrı-ayrı fərdlərə deyil, bütövlükdə cəmiyyətə maddi və mənəvi itkilər hesabına başa gəlir. 

Qeyd edilib ki, bu gün hərəkət iştirakçıları arasında yol qəzalarında ən çox zərər çəkən yenə də piyadalardır. Belə ki, cari ilin 7 ayı ərzində respublika üzrə piyadaların vurulması ilə nəticələnən 350 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu da ümumi yol qəzalarının 37,3 faizi deməkdir. 
Bakı şəhəri üzrə isə bu göstərici 55 faiz təşkil edir. Belə ki, baxılan hesabat dövrü ərzində paytaxt ərazisində 133 piyada vurma hadisəsi qeydə alınıb ki, nəticədə 65 nəfər həyatını itirib, 77 nəfər isə yaralanıb: 

"Təəssüf ki, hələ də yeraltı, yerüstü, eləcə də eynisəviyyəli piyada keçidlərinin yaxınlığında piyadaların vurulması yol hərəkəti prosesində şəxsi məsuliyyət məsələsinin aktuallığını bir daha gündəmə gətirir. Hansısa yol sahəsində piyada keçidlərinin olmaması barədə haqlı narazılıqlar səsləndirildiyi halda, digər bir ərazidə mövcud piyada keçidlərinin istifadəsiz qalması deməyə əsas verir ki, piyadaların təhlükəsizliyi məsələsi hərəkətin təşkili, infrastruktur və digər amillərə yanaşı, həm də onların şəxsi məsuliyyət hissinə, ictimai davranış vərdişlərinə bağlıdır". 

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onlardan yolu piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçməyi, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, o cümlədən mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyi, nizamlama vasitələrinin tələblərinə qeyri-şərtsiz əməl etməyi, dayanacaqda gözləyərkən, ictimai nəqliyyata minib-düşərkən, eləcə də qəflətən avtomobil yoluna çıxmamağı xahiş edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO