Türkiyəli müğənni Əmrahla bir təyyarədə uçan Elgiz:

Türkiyəli müğənni Əmrahla bir təyyarədə uçan Elgiz: ""Ekonom"la uçmaq ayıb deyil" - VİDEO 

Hazırda oxunan: Türkiyəli müğənni Əmrahla bir təyyarədə uçan Elgiz: ""Ekonom"la uçmaq ayıb deyil" - VİDEO 

152220

Aparıcı Elgiz Əkbər "Turkish Airlines" Hava Yollarına məxsus təyyarədə Türkiyənin məşhur ulduzu Əmrah İpəklə üz-üzə gəlib. 

Bizim.Media xəbər verir ki, televiziya ulduzu təyyarədən enməyi gözləyərkən türk ifaçı gözündə eynək, əlində çantası ilə çıxışa doğru gedib. Həmin anları lentə alan Elgiz bildirib ki, Əmrah təyyarənin "biznes" sinifi ilə deyil, sadə vətəndaşlar kimi "ekonom" sinfindən istifadə edib: 

"Tükirənin məşhur ulduzu Əmrah "biznes"lə deyil, "ekonom"la uçur. Bəzi görməmişlərə demək istəyirəm ki, həddinizi bilin və "ekonom"la uçmaq o qədər də ayıb deyil. Ayıb, cəmiyyət arasında özünü apara bilməyib, ağzının danışığını bilməyənlərədir".  

Aparıcı daha sonra taxdığı böyük ölçülü eynəyinə lağ edənlərə də sərt şəkildə cavab verib:

"Təyyarədə eynək taxmaq normal haldır. Nə deyim vallah?"  

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO