3 cüdoçumuz dünya çempionatında finala yüksəldi

3 cüdoçumuz dünya çempionatında finala yüksəldi

Hazırda oxunan: 3 cüdoçumuz dünya çempionatında finala yüksəldi

152200

Azərbaycanın yeniyetmə qız cüdoçusu Xədicə Qədəşova Xorvatiyada keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Bizim.Media xəbər verir ki, 52 kq çəki dərəcəsində yer alan idmançı finala gedən yolda Almaniya təmsilçisi Maya Toszegi ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Qədəşova adını finala yazdıraraq fransalı Alissiya Poulangeyə rəqib olub.

Daha əvvəl oğlan cüdoçulardan Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) qızıl medal uğrunda qarşılaşmaya vəsiqə qazanıblar. Musayev israilli İzak Aşpizlə, Yusubov isə polşalı Şimon Şuliklə güləşəcək.
Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə ediblər. 50 kq çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medala yiyələniblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO