İzləyicisi Aynişanı əsəbiləşdirdi:

İzləyicisi Aynişanı əsəbiləşdirdi: "Kişisən yoxsa qadın?" – FOTO 

Hazırda oxunan: İzləyicisi Aynişanı əsəbiləşdirdi: "Kişisən yoxsa qadın?" – FOTO 

151383

Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyeva əsəbiləşib. 

Bizim.Media xəbər verir ki, buna səbəb "TikTok"da izləyicisinin bloqerə yazdığı "42 yaşım var, səndən cavan görsənirəm" şərhi olub. 

Həmin şərhi "screen" edib səhifəsində paylaşan Aynişan sərt şəkildə reaksiya verib: 

"TikTok”a gələn şərhlər ürəyimi açır. Niyə məndən daha cavan görsənmə istəyi var? Niyə narahatsınız? Cavan görsən, ürəyin nə istəyir et. Mən nə edim? Bu məlumat mənim nəyimə lazımdır? Məndən cavan və ya yaşlı görsənsən, həyatında nə dəyişəcək?
Özün də kişi adı ilə oturmusan sosial şəbəkədə. Bilmirəm, kişisən ya qadın. Bəlkə mən də kiməsə yazım? Bəlkə doğrudan nəsə baş verir, xəbərim yoxdur? Məsləhət verin... Hər hansısa məşhura yazmaq istəyirəm ki, səndən cavan görsənirəm. Yazının sonunda da anlamsız gülmək istəyirəm, çoxlu-çoxlu". 




Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO