"Ermənistan Silahlı Qüvvələrinin 5-ci Ordu Korpusunun Ararat şəhərində yerləşən hərbi hissəsində iki əsgər döyüş postlarında intihar edib. İnsidentlə bağlı hərbi hissənin və ordu korpusunun komandirlərinin fəaliyyətsizliyi göz önündədir".
Bizim.Media xəbər verir ki, bu fikirlər Ermənistanın gündəlik “Joxovurd” qəzetində yer alıb.
Mənbə yazır ki, hazırda yüksək vəzifəli komandirlərin xidmətdən uzaqlaşdırılması gözlənilir.
“Avqustun 11-də Qranik Xnkoyan intihar etməmişdən əvvəl hərbi hissədə baş verən hadisələrlə bağlı ətraflı məlumat almışıq və hadisənin bütün təfərrüatları da əlimizdədir. Amma hələ ki, ibtidai istintaqa zərər verməmək üçün onlar dərc edilmir”, - deyə qəzet vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
14:50 / 15.08.2023
Ermənistan ordusunda nə baş verir? - Əsgər intiharlarının sayı çoxalıb
Hazırda oxunan: Ermənistan ordusunda nə baş verir? - Əsgər intiharlarının sayı çoxalıb
Hazırda oxunan: Ermənistan ordusunda nə baş verir? - Əsgər intiharlarının sayı çoxalıb
150917
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.