Xızının Giləzi qəsəbəsində yerləşən un dəyirmanında işləyən 2 nəfərin ölməsi,bir nəfərin zəhərlənməsi faktı ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə dəyirmanın bunkerinin zirzəmisində qeydə alınıb.
İlkin ehtimala görə, burada işləyən Sumqayıt şəhər sakini, 49 yaşlı Cavid Qocayev və Xızının Giləzi qəsəbə sakini, 42 yaşlı Müşfiq Muqbulov texniki quyulardan çıxan qazdan zəhərlənərək ölüblər.
Xızının Stalçay qəsəbə sakini, 38 yaşlı Xəyal Rəsulov isə zəhərlənmə dioqnozu ilə Sumqayıt şəhər xəstəxanasına çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.
Səslənən ehtimalları və digər nüansları Xızı rayon prokurorluğu araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.