"Liverpul"la razılaşdı, "Çelsi"yə keçdi

Hazırda oxunan: "Liverpul"la razılaşdı, "Çelsi"yə keçdi

150809

"Çelsi" heyətini yeni oyunçu ilə gücləndirib. 

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.  

O, London klubunun "Brayton"un futbolçusu Moyses Kaysedonun keçidi həll etdiyini bildirib. 

Bu gün ekvadorlu yarımmüdafiəçi "Çelsi"də tibbi müayinədən keçəcək. 21 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanacaq. BBC-nin məlumatına görə, "zadəganlar" bu keçid üçün "Brayton"a rekord məbləğ - 115 milyon funt-sterliq ödəyəcək. 
Ekvador millisinin üzvünün "Liverpul"a keçəcəyi gözlənilirdi. Hətta komandanın baş məşqçisi Yurgen Klopp da mətbuata açıqlamasında Kaysedio ilə razlığa gəldiklərini bildirmişdi. Lakin gənc oyunçu üçün "Çelsi"nin təklifi daha cəlbedici olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO