Erməni təxribatlarının İLGİNC PƏRDƏARXASI

Erməni təxribatlarının İLGİNC PƏRDƏARXASI

Hazırda oxunan: Erməni təxribatlarının İLGİNC PƏRDƏARXASI

150785

“Təbii ki, Yevlax görüşündən son anda imtina edilməsi məsələsi ehtimal olunan ssenarilərdən biri idi. Hətta görüş baş tutsa belə erməni təxribatlarının olma ehtimalı heç bir halda istisna edilmirdi. Ümumiyyətlə, erməni tərəfinin və onun himayədarlarının əsas qorxusu Qarbağda yaşayan erməni icmasının reinteqrasiya prosesinin uğurlu şəkildə yekunlaşmasıdır. Çünki bu “blokada” ssenarisinin və bütün erməni yalanlarının puç olması deməkdir”.

Bunu Bizim.Media-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İşxan Verdyan: “Ermənistandakı şouların məqsədi Paşinyanı devirməkdir” – ÖZƏL 


O bildirib ki, indiki halda Ağdam-Xankəndi yolunun istifadəsi ilə bağlı təklifi qəbul etmək də onlar üçün “əlverişli” deyil:

“Çünki Ermənistan üçün əsas məqsəd öz himayədarları vasitəsilə Qarabağ ərazisinə qadağan olunmuş məhsulların və hərbi silah-sursatın daşınmasıdır.Digər niyyət isə müharibə cinayətkarlarının Ermənistana asan keçidinin təmin etməkdir. Və beləcə diqqəti əsas faktlardan yayındıraraq ermənilər “humanitar böhran” ssenrasinə yönəldərək Azərbaycana qarşı hər hansı təsir mexanizmləri yaratmaq istəyirlər.

Bununla da danışıqlar prosesində yeni manevr imkanları əldə etməyi düşünürlər. Ancaq belə məkrli planların və qərəzli bəyanatların Laçın yolundakı real vəziyyətlə və Qarabağda yaşayan erməni icmasına humanitar yardımla heç bir əlaqəsinin olmadığı hər kəsə məlumdur. Sadəcə Ermənistanın bu oyunlarla öz ağalarının göstərişi ilə ən azından sülh danışıqları prosesini ləngitməyə çalışırlar. Və əfsuslar olsun ki, müəyyən mənada buna da nail olurlar. Yoxsa, sülh danışıqları bu qədər uzun çəkməzdi”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO