Xəbər verdiyimiz kimi, dövlət başçısı İlham Əliyev Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ramiz Ağarza oğlu Məliki “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.
Aktyor sevinc hisslərini Bizim.Media-nın əməkdaşı ilə bölüşüb:
MÖVZU İLƏ BAĞLI:
Prezidentdən Ramiz Məliklə bağlı SƏRƏNCAM
"Bilirsiniz ki, avqustun 4-də mənim 80 yaşım tamam oldu. Bu təltif isə mənə verilən ən böyük hədiyyədir. Bu xəbəri alanda çox sevindim. Sənətimə və yaradıcılığıma verilən dəyər, qiymətdir. Cənab prezidentimiz İlham Əliyevə dərin təşəkkürümü bildirirəm".
Onkoloji xəstəlikdən əziyyət çəkən R.Məlik səhhətindən də danışıb:
"Hazırda səhhətim stabil normaldır. Müalicələrimi evdə davam etdirirəm. Yaxşı olmağa çalışıram".
Rəşad Əliyev, Bizim.Media