Fransanın “PSJ” futbol klubunun braziliyalı hücumçusu Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubundan təklif alıb.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano X-də məlumat yayıb.
Mənbənin məlumatına görə, “Əl-Hilal” Fransa komandasına böyük məbləğ təklif edib.
Hazırda danışıqlar aparılır. Braziliyalının keçiddə maraqlı olduğu qeyd edilib.
Neymarın 31 yaşı var, 2017-ci ildə dünya futbolu üçün rekord məbləğə - 222 milyon avroya “Barselona”dan “PSJ”yə keçib. Fransa komandasının tərkibində forvard 173 oyun keçirib, 118 qol vurub, 77 məhsuldar ötürmə edib.
Bizim.Media

- A-
- A
- A+
İdman
12:29 / 13.08.2023
Neymar Səudiyyə Ərəbistanından təklif aldı
Hazırda oxunan: Neymar Səudiyyə Ərəbistanından təklif aldı
Hazırda oxunan: Neymar Səudiyyə Ərəbistanından təklif aldı
150605
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.