General-mayor Hikmət Abbasov işdən çıxarıldı

General-mayor Hikmət Abbasov işdən çıxarıldı

Hazırda oxunan: General-mayor Hikmət Abbasov işdən çıxarıldı

150595

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasov işdən çıxarılıb.

Bizim.Media “Xəzər Xəbər TV” Telegram kanalına istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən dünən əmr imzalanıb.

Qeyd edək ki, son günlər bir çox rayonların Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisləri də tutduqları vəzifələrdən azad olunublar.

Xatırladaq ki, Hikmət Mərdan oğlu Abbasov 1969-cu ilin dekabrın 23-də Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO