ABŞ Konqresinin Senatı Prezident Co Bayden tərəfindən Daxili İşlər Nazirliyinin başçısı vəzifəsinə namizəd göstərilən Debra Hollandın namizədliyini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “trtrussian.com” saytı yayıb.
Mənbə bildirir ki, yerli hindu tayfasının nümayəndəsi ölkə tarixində ilk dəfə bu qədər yüksək mövqe tutacaq.
51 senator onun lehinə, 40 senator isə əleyhinə səs verib. Səsvermə zamanı Demokratlara qatılan Respublikaçılar Partiyasının nümayəndələri arasında senatorlar Lindsi Graham, Lisa Murkovski, Dan Sullivan və Susan Kollins də var. Hollandın yaxın vaxtlarda and içəcəyi və vəzifəsinə başlayacağı gözlənilir.
60 yaşlı Debra Holland Pueblo xalqının nümayəndəsidir. Nyu-Meksiko ştatından ABŞ-ın Nümayəndələr Palatasına üzv seçilib. 2018-ci ildə Kanzaslı Şaris Davids ilə birlikdə Konqresin aşağı palatasına seçilən ilk iki hindu qadından biri olub.
ABŞ-da Daxili İşlər Nazirliyi güc strukturu hesab edilmir. Onun əsas vəzifəsi Ağ Evin yerli xalqlarla əlaqələrini inkişaf etdirmək, federal və qəbilə torpaqlarında siyasət aparmaqdır.
Daha əvvəlki açıqlamalarında Holland bərpa olunan enerji mənbələrinə diqqət yetirəcəyini söyləyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:18 / 17.03.2021
ABŞ-da 60 yaşlı hindu qadın daxili işlər naziri olacaq
Hazırda oxunan: ABŞ-da 60 yaşlı hindu qadın daxili işlər naziri olacaq
Hazırda oxunan: ABŞ-da 60 yaşlı hindu qadın daxili işlər naziri olacaq
15041
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.