Havay adalarında baş verən meşə yanğınlarında 53 nəfər ölüb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün davam edən işlər çərçivəsində daha 17 nəfərin öldüyü təsdiqlənib.
Bununla da ölənlərin sayı 53-ə çatıb. Bundan əvvəl 36 nəfərin öldüyü bildirilirdi.
Güclü yanğınlar Havay adalarındakı ən məşhur turistik zona sayılan Lahaina şəhəri də daxil olmaqla, bir çox yaşayış məntəqələrini məhv edib.
Məlumatlara əsasən, meşədə başlamış yanğın yaşayış məntəqəsinə keçib.
Bizim.Media