Qazaxda kafedə yemək hesabı üstündə düşən mübahisədə 41 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bizim.Media-nın yerli bürosuna bu barədə məlumatı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov verib.
Onun sözlərinə görə Qazax Rayon Polis Şöbəsinə rayonun Böyük Cəfərli kənd sakini, 1982-ci il təvəllüdlü Sənan Omarovun bədəninin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub:
"Polis əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat tədbirləri nəticəsində S. Omarova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Əfqan Vəliyev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə E. Qasımov əlavə edib.
İlkin versiyaya görə hadisəni törətməkdə şübhəli bilinən Əfqan Vəliyev müştəri qismində kafeyə gedib. Yeyib-içdikdən sonra hesabı istəyib. Hesabla razılaşmayıb və kafe sahibi Sənan Omarovlala mübahisə edib.
Məqsəd Rəhimov Bizim.Media Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:20 / 11.08.2023
Qazaxda 41 yaşlı kişi BIÇAQLANDI - TƏFƏRRÜAT
Hazırda oxunan: Qazaxda 41 yaşlı kişi BIÇAQLANDI - TƏFƏRRÜAT
Hazırda oxunan: Qazaxda 41 yaşlı kişi BIÇAQLANDI - TƏFƏRRÜAT
150355
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.