Məşhur ekstrasens və aparıcı İlham Mirzəyevin anası əməliyyat olunub.
Bizim.Media xəbər verir ki, bu barədə İlham sosial şəbəkə hesabında məlumat verib.
İ.Mirzəyev valideyninin onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildirib:
"İnanıram ki, göydə Allah, yerdə həkimlərin köməyi ilə anam əvvəlki sağlamlığına qovuşacaq. Allah heç kimi anasız qoymasın. Anaların yaşı olmur, ana elə anadır. Bu gün çox stress və həyəcan yaşadım, amma əlimi Allahımdan üzmədim".
Rəşad Əliyev, Bizim.Media