Kitabları ən çox satılan yazıçı Yuval Harari Bakıya gəlir

Kitabları ən çox satılan yazıçı Yuval Harari Bakıya gəlir

Hazırda oxunan: Kitabları ən çox satılan yazıçı Yuval Harari Bakıya gəlir

150291

Oktyabrın 2-6-da Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin fəxri qonağı tanınmış yazıçı, tarixçi, professor Yuval Noy Harari olacaq.
 

Bizim.Media xatırladır ki, Y. Harari “Sapiens: Bəşəriyyətin Qısa Tarixi”, “Homo Deus: Gələcəyin Qısa Tarixi”, “21-ci əsr üçün 21 dərs” və “Bizi dayandırmaq olmaz” kitablarının müəllifidir. Onun kitabları 45 milyon nüsxə satılıb və 65 dilə tərcümə olunub.

“Biz çox şadıq ki, professor Harari “Kosmosa şans verək” futuristik mövzusuna həsr olunmuş Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində qonaq olacaq”, - deyə “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.
47 yaşlı filosof Y. Harari 2002-ci ildə Oksford Universitetində fəlsəfə doktoru dərəcəsini alıb və hazırda Yerusəlim İvrit Universitetinin Tarix kafedrasında dərs deyir.

Onun son mühazirələrində əsas diqqət süni intellektin sürətli inkişafı və onun cəmiyyətə potensial təsiri olub, son tədqiqatları isə “Tarix və biologiya arasında hansı əlaqə var?”, “İnsanlar tarixi öyrəndikcə daha xoşbəxt olurmu?”, “21-ci əsrdə elm və texnologiya hansı məsələləri aktuallaşdırır?” kimi makrotarixi suallar ətrafında cəmlənib. 

Qeyd edək ki, oktyabrın 2-də 50 ildən sonra qlobal kosmos ictimaiyyəti yenidən Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə toplaşacaq.

Bakı Konqres Mərkəzində keçiriləcək konqresin açılış mərasimində kosmik inkişafın imkanları və çağırışlarına baxışımızı formalaşdıran Azərbaycanın unikal mədəniyyəti və irsi nümayiş etdiriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO