Moskva vilayətindəki partlayışa görə şirkət rəhbəri HƏBS OLUNDU – VİDEO 

Moskva vilayətindəki partlayışa görə şirkət rəhbəri HƏBS OLUNDU – VİDEO 

Hazırda oxunan: Moskva vilayətindəki partlayışa görə şirkət rəhbəri HƏBS OLUNDU – VİDEO 

150256

Rusiyanın Moskva vilayətinin Sergiyev Posad şəhərində baş verən partlayışa görə “PiroRos” şirkətinin rəhbəri Serqey Çankayev saxlanılıb. 

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, o, “Təhlükəli istehsalat obyektlərinin sənaye təhlükəsizliyi tələblərinin pozulması” maddəsi ilə şübhəli bilinir. Şirkətin ofisində axtarış aparılıb. 

Qeyd edək ki, avqustun 9-da Sergiyev Posad şəhərində “PiroRoss” pirotexnika şirkətinin anbarında partlayış baş verib.

Zaqorsk Optik-Mexaniki Zavodunun ərazisində yerləşən, lakin zavoda aid olmayan şirkətin anbarında partlayış nəticəsində 71 nəfər yaralanıb, partlayışda yaralanmış qadın xəstəxanada ölüb, 9 nəfərin taleyi isə naməlumdur. Partlayışa texnoloji prosesin pozulmasının səbəb olduğu bildirilib. 
 


 
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO