Şabranda şəhid bulağının üzərindəki lövhədə YANLIŞLIQ – FOTOFAKT 

Şabranda şəhid bulağının üzərindəki lövhədə YANLIŞLIQ – FOTOFAKT 

Hazırda oxunan: Şabranda şəhid bulağının üzərindəki lövhədə YANLIŞLIQ – FOTOFAKT 

150235

Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli orta məktəbin qarşısında inşa edilmiş bulaq kompleksinin üzərindəki yanlış yazılar sosial şəbəkələrdə müzakirələrə yol açıb.

“Grammar.azi” səhifəsinin paylaşdığı fotodan aydın görünür ki, kompleksin üzərinə yazılmış “Şəhid bulağı” sözlərində orfoqrafik səhvlərə yol verilib. Belə ki, “bulağı” əvəzinə “bulaqı” yazılıb. 

Məsələ ilə bağlı Şabran rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən Bizim.Media-ya iradın diqqətə alınacağı bildirilib:

“Ən qısa zamanda yol verilmiş yanlışlıq aradan qaldırılacaq”.

Mövzunu diqqətdə saxlayacağıq.


Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO