Ekvadorda prezidentliyə namizəd güllələndi - VİDEO

Ekvadorda prezidentliyə namizəd güllələndi - VİDEO

Hazırda oxunan: Ekvadorda prezidentliyə namizəd güllələndi - VİDEO

150222

Ekvadorda prezidentliyə namizəd Fernando Villavisensio başından ölümcül üç güllə yarası alıb. Qətl paytaxt Kitoda seçki mitinqindən sonra baş verib.

Bizim.Media "El Universo" qəzetinə istinadən xəbər verir ki, atəş açan şəxs yaralanıb və sonra isə ölüb.

Ümumilikdə atışma zamanı iki polis əməkdaşı və Milli Assambleya üzvlüyünə namizəd olan 9 nəfər yaralanıb. Hücumu təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb.

Xatırladaq ki, Villavisensio korrupsiya, qeyri-qanuni mədənçıxarma və narkotik ticarətinə qarşı idi. Bir il əvvəl naməlum şəxslər onun evinə atəş açıblar.

 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO