Reza Deqati laçınlı ailələrə açarların təqdim olunması MƏRASİMİNDƏ - FOTO 

Reza Deqati laçınlı ailələrə açarların təqdim olunması MƏRASİMİNDƏ - FOTO 

Hazırda oxunan: Reza Deqati laçınlı ailələrə açarların təqdim olunması MƏRASİMİNDƏ - FOTO 

150181

İllərin həsrəti bitməkdə davam edir, laçınlılar üçün yarım qalan xatirələr yenidən canlanır, onlar 31 ildən sonra doğma yurda qovuşmaqla qarşıdakı xoşbəxt günlərini yaşamağa başlayırlar. Azad Laçın bu gün daha 23 ailəyə qucaq açıb. Laçına çatan növbəti ailələr də öz evlərinin açarlarını sevinc hissləri ilə təhvil alıblar. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan və Laçına çatan ailələr doğma elə qovuşmağın sevincini yaşayıblar.  

Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra təşkil olunan açarların təqdimetmə mərasimində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri iştirak ediblər. 
Yenidən öz evlərində məskunlaşacaq ailələr sevinc hissi ilə açarları təhvil alıblar. 

Tanınmış fotoqraf Reza Deqati də mərasimdə iştirak edib və laçınlıların sevinc dolu anlarına şərik olub. 

Bununla da Laçın şəhərində 203 ailə, yəni, 793 nəfərin daimi məskunlaşması təmin edilib. 

Qeyd edək ki, köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar. 






Bizim.media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO