Serbiya prezidenti Ukraynanı hədələdi - SƏBƏB

Serbiya prezidenti Ukraynanı hədələdi - SƏBƏB

Hazırda oxunan: Serbiya prezidenti Ukraynanı hədələdi - SƏBƏB

150139

Serbiya prezidenti Ukraynanı Kosovonun müstəqilliyini tanıyacağı təqdirdə "hər şeyi itirəcəyi" ilə hədələyib.

Bizim.Media RTRS telekanalına istinadən xəbər verir ki, bu barədə Aleksandr Vuçiç mətbuat konfransı zamanı danışıb.

Xatırladaq ki, Belqrad (Serbiyanın paytaxtı) və Priştina (Bir çox ölkələrə tərəfindən tanınan Kosovo ilə Serbiya arasında mübahisə yaradan şəhər) ilə bağlı siyasətə yenidən baxılması çağırışı ilə Qərb dövlətlərinin hökumətlərinə müraciət hazırlanıb. Həmin müraciətə ukraynalı deputat Aleksandr Merejko da imza atıb.

Aleksandr Vuçiç Ukraynanın Kosovonu tanıması perspektivlərinə kəskin reaksiya verib. 

"Ukrayna bizim üçün dost ölkədir. Məncə, Zelenski Merejkodan daha ağıllıdır. Təsəvvür edin: Ukrayna Kosovonun müstəqilliyini tanısa, bir gündə hər şeyini itirəcək", - deyə Vuçiç qeyd edib.

O, əlavə edib ki, həmişə “libertar yanaşma”nın tərəfdarı olacaq: "Serbiya öz qərarlarını vermək hüququna malikdir".

Yeri gəlmişkən, 10 ölkə parlamentinin xarici işlər üzrə komitə rəhbərlərinin və müxtəlif parlamentlərdən olan əllidən çox deputatın imzaladığı məktubda Serbiyaya təzyiqlərin artırılması, Kosovo arasında tarazlıq yaratmaq cəhdlərindən uzaqlaşma tələb olunur.
Məktubun təşəbbüskarı britaniyalı deputat Alisiya Kirns olub. Qeyd edək ki, hazırda Ukrayna Kosovonun müstəqilliyini rəsmən tanımır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO