Ermənilər avqustun 20-də Putinə qarşı AKSİYA KEÇİRƏCƏK

Ermənilər avqustun 20-də Putinə qarşı AKSİYA KEÇİRƏCƏK

Hazırda oxunan: Ermənilər avqustun 20-də Putinə qarşı AKSİYA KEÇİRƏCƏK

150132

"Putin qatildir!". Rus və ingilis dillərində yazılan bu qısa şüarla avqustun 20-də dünyanın yüzlərlə şəhərində insanlar Putinə, onun hakimiyyətinə, təşkil etdiyi və hər gün yüzlərlə itki bahasına başa gələn dəhşətli müharibəyə qarşı aksiyaya çıxacaq.

Bizim.Media "Freeyerevan" Telegram kanalına istinadən xəbər verir ki, Ermənistanın paytaxtı İrəvan da bu aksiyaya qoşulduğunu elan edib.

Bunun üçün hazırlanan elanda bu sözlər yazılıb: "Biz hamını bu aksiyada iştirak etməyə çağırırıq. Toplanış yeri ənənəvidir: Rusiya meydanı ilə üzbəüz, Myasnikyanın abidəsinin yanında, saat 18:00.
Biz Putinin və onun hakimiyyətinin bütün qurbanlarından, 2000-ci illərdə məhv etdiyi rusiyalı müxalif jurnalistlərdən və siyasətçilərdən tutmuş, raket və mərmilərdən ölən ukraynalı uşaqlara qədər hər kəsin xatirəsini yad etmək üçün toplanacağıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO