Bakıda çox sayda ev külə döndü - VİDEO

Bakıda çox sayda ev külə döndü - VİDEO

Hazırda oxunan: Bakıda çox sayda ev külə döndü - VİDEO

14980

Bakının Binəqədi rayonunda bir-birinə bitişik 7 ev yanıb.

Bizim.Media BAKU.TV-yə istinadən xəbər verir ki, hadisə Şövkət Məmmədov küçəsi 19 ünvanında yerləşən Humanitar Kollecin yataqxanasının həyətindəki yeddi evdə yanğın baş verib.

Evlər taxta konstruksiyalardan ibarət olduğu üçün yanğının miqyası qısa zaman ərzində genişlənib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı xoşbəxtlikdə xəsarət alan olmasa da, sakinlərə məxsus əşyaları alovdan çıxarmaq mümkün olmayıb.

Nəticədə 7 ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO