Taksidə qəzaya uğrayan rusiyalı müğənninin vəziyyəti necədir? - VİDEO

Taksidə qəzaya uğrayan rusiyalı müğənninin vəziyyəti necədir? - VİDEO

Hazırda oxunan: Taksidə qəzaya uğrayan rusiyalı müğənninin vəziyyəti necədir? - VİDEO

149703

Qəzaya uğrayan rusiyalı müğənni Lada Dens N.N.Burdenko adına xəstəxanaya yerləşdirildikdən sonra Moskva vilayətindəki özəl klinikalardan birinə köçürülüb. Hazırda qadın huşunu itirməyib, ancaq vəziyyəti orta-ağırdır.

Bizim.Media xəbər verir ki, bu barədə TASS-a sənətçinin direktoru Sergey Pudovkin məlumat verib.

O, müğənninin omba nahiyəsindən zədələndiyini, kəllə-beyin travması keçirdiyini və çoxsaylı qançırlar aldığını bildirib.

“Hazırda həkimlərin nəzarəti altındadır. Proqnozlar yaxşıdır”, - Pudovkin yekunlaşdırıb.

Daha əvvəl məlum olmuşdu ki, müğənni Lada Dens Moskva vilayətində baş verən qəzada xəsarət alıb. O, qəza zamanı taksidə olub.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO