Ukrayna dronları yenə Moskva və Moskva vilayətinə hücum etdi - VİDEO

Ukrayna dronları yenə Moskva və Moskva vilayətinə hücum etdi - VİDEO

Hazırda oxunan: Ukrayna dronları yenə Moskva və Moskva vilayətinə hücum etdi - VİDEO

149685

Avqustun 5-də axşam saatlarında Rusiya Federasiyasının Tula və Kaluqa vilayətlərində, eləcə də Moskva vilayətində partlayış səsləri eşidilib. Moskvanın özündə yanğın baş verib.

Bizim.Media xəbər verir ki, bir gün əvvəl Rusiya mediası ölkənin müxtəlif bölgələrində pilotsuz təyyarələrin (dron) və bir neçə partlayışın müşahidə edildiyini bildirib. Belə ki, partlayış səslərini Zareçensk dairəsinin Aleksin, Yasnoqorsk və Dubensk rayonlarının, Tula vilayətinin Xomyakovo və Petrovsk rayonlarının sakinləri eşidib.

Hadisə şahidləri həmçinin Rusiya Federasiyasının Kaluqa vilayəti üzərində səmada partlayışlar olduğunu bildiriblər. Eyni zamanda, Rusiya Federasiyasında hava hücumundan müdafiə sistemi dərhal işə düşüb.
Tezliklə teleqram kanalları Moskva vilayətində pilotsuz təyyarəni vurmağa cəhd etdiklərini deyiblər. Həmin gün Moskvada yanğınla bağlı məlumat yayılıb.

Bizim.Media


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO