AzTV-nin filmi erməniləri qorxuya saldı: “Ermənistan xəritədən silinir”

AzTV-nin filmi erməniləri qorxuya saldı: “Ermənistan xəritədən silinir”

Hazırda oxunan: AzTV-nin filmi erməniləri qorxuya saldı: “Ermənistan xəritədən silinir”

149659

“Azərbaycan dövlət televiziyası (AzTV nəzərdə tutulur) Ermənistanın bütün suveren ərazisini Azərbaycan kimi təqdim edib.  Ermənistan Xarici İşlər Nazirliyi bunu təhlükə adlandırıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan özünün “Twitter” mikrobloqunda yazıb.

"Azərbaycan dövlət televiziyası indicə 35 dəqiqəlik film nümayiş etdirib. Bir sözlə, Ermənistan Respublikasının bütün suveren ərazisini Azərbaycanın ərazisi kimi təqdim edir. Gördüyünüz kimi, Ermənistan xəritədən yoxa çıxır", deyə o, qeyd edib.

Qeyd edək ki, söhbət AzTV-nin hazırladığı "Göyçə gülü" adlı filmdən gedir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO