Biləcəridə açıq sahədə baş verən yanğın SÖNDÜRÜLDÜ - FOTO 

Biləcəridə açıq sahədə baş verən yanğın SÖNDÜRÜLDÜ - FOTO 

Hazırda oxunan: Biləcəridə açıq sahədə baş verən yanğın SÖNDÜRÜLDÜ - FOTO 

149612

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq sahədə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin məlumat verilib. 

Bildirilib ki, havanın küləkli olmasına baxmayaraq, yanğınsönsürənlərin səyi ilə yanğın geniş əraziyə yayılmasına imkan verilmədən 20 dəqiqə müddətində məhdudlaşdırılmaqla, qısa müddətdə tam söndürülüb. 
Yanğın nəticəsində təxminən 1,5 hektar sahədə quru ot, kol-kos və dəmiryolu şpalları yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO