Baş nazirdən QƏRAR - Şəhid övladlarına vergi güzəştləri TƏTBİQ olunacaq

Baş nazirdən QƏRAR - Şəhid övladlarına vergi güzəştləri TƏTBİQ olunacaq

Hazırda oxunan: Baş nazirdən QƏRAR - Şəhid övladlarına vergi güzəştləri TƏTBİQ olunacaq

149572

Nazirlər Kabineti “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısının təsdiq edilməsi barədə” 4 yanvar 2001-ci il tarixli qərarında dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində və ölkənin ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri) ilə yanaşı, onların ovladlarına da əmək haqqından tutulan vergi hesablanarkən güzəşt ediləcək. Amma bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin yerli qurumlarının verdiyi, şəhid ailəsi statusunu təsdiq edən vəsiqə təqdim olunmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO