Xarici diplomatlar Bərdədədirlər - YENİLƏNİB

Xarici diplomatlar Bərdədədirlər - YENİLƏNİB

Hazırda oxunan: Xarici diplomatlar Bərdədədirlər - YENİLƏNİB

1495

Azərbaycandakı diplomatik korpusun nümayəndələri və hərbi attaşelər , Prezidentin köməkçisi Hikmət Hacıyev, Baş Prokuror Kamran Əliyev və  Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Bərdə şəhərinə səfər ediblər.

Bizim.Media bildirir ki, dövlət rəsmiləri və diplomatik nümayəndələr Ermənistan silahlı qüvvələrinin ötən gün Bərdə şəhərində raket zərbəsi endirdiyi əraziyə baş çəkərək, vəziyyətlə yerində tanış olublar.

Prezidentin köməkçisi  Hikmət Hacıyev xarici diplomatlarla Bərdəyə səfərdə əsas məqsədin Ermənistan rəhbərliyinin törətdiyi bu cinayəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq olduğunu deyib:

“Bərdəyə hücum Ermənistanla sivil dünya arasında böyük uçurumun olmasına bir nümunədir. Biz Bərdədən sonra xarici diplomatlarla Tərtərə gedəcəyik. Biz qorxmuruq, xalqımızla həmrəyliyimizi bir daha nümayiş etdirirk. Əsas məqsəd isə bu cinayəti beynəlxalq ictimaiyyətə çatdırmaqdır”.

***

“Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətləri beynəlxalq mediaya və diplomatik korpuslara göstərmək üçün Bərdə və Tərtərə gedirik”.

Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində  paylaşım edib.

Hikmət Hacıyev qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətlərini diplomatlar yerindəcə görəcəklər:

“Diplomatik korpuslara anlayışlarına görə təşəkkür edirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO