Aysel Şükürova birinci əri tərəfindən bıçaqla hücuma məruz qaldı - FOTO 

Aysel Şükürova birinci əri tərəfindən bıçaqla hücuma məruz qaldı - FOTO 

Hazırda oxunan: Aysel Şükürova birinci əri tərəfindən bıçaqla hücuma məruz qaldı - FOTO 

149488

Keçmiş Bakı Lift Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun bloqer qızı Aysel Şükürova keçmiş birinci həyat yoldaşı Elşən Əsgərlinin hücumuna məruz qalıb.  

Bizim.Media xəbər verir ki, bu haqda Aysel sosial şəbəkə hesabında məlumat verib.  

Şükürova bildirib ki, ötən gün keçmiş həyat yoldaşı E.Əsgərli bıçaqla ona hücüm edib:

"Dünən yanımda olan bütün dostlarıma təşəkkür edirəm. Keçmiş birinci həyat yoldaşım Elşən Əsgərli məni bıçaqlamaq istəyirdi. Dostlarım araya girdi, bıçaq dostlarımdan birinin əlinə və ayağına girdi. Mən ondan sübut istədim, heç nəyi sübut edə bilmədi. Oğlumun, anamın yanında evimin qabağında ağzına gələni danışdı.  

Daha sakit danışmaq adı ilə görüşə çağırdı. Mənə dedi” sübut edəcəyəm hər şeyi, gəl”. Getdim elə danışan yerdə bıçaq çəkdi. Bunların hamısını kameraya çəkmişəm. Məni bıçaqlamaq istəyəndə bıçaq dostumun əlinə və ayağına girdi. Sonra polislər gəldi. Polislərə təşəkkür edirəm".  

Aysel bildirib ki, hadisədən onların oğlu Uğur depressiyaya düşüb:

"İndi yenə polisə gedəcəyəm. Bu insanın "dəlilik kağızı" var. Polislərin yanında deyirdi ki, mənim "dəlilik kağızım" var. Heç bir polis mənə heç nə edə bilməz. Polislərdə eşidirdi dediklərini. Bu insan aliment vermir ancaq belə mundar sözlərlə bizi narahat edir. Oğlum Uğur hələ də ağlayır. Uşaq dünəndən ağır depressiyaya düşüb. Bu insan hələ də bizdən əl çəkmir".  

Şükürova xəstəxanaya yerləşdiyini və səhhətinin ağır olduğunu vurğulayıb:

"Mən xəstəxanadayam. Halım çox pisdir. Xəsarətlərim, travmam var. Panikam tutub. Özümdə deyiləm. Məni xəstəxanaya yerləşdirdilər. Maraqlanan, zəng edən, yanıma gələn hər kəsə təşəkkürümü bildirirəm". 

Qeyd edək ki, Aysel ikinci dəfə Oqtay Əhmədov adlı şəxslə ailə quraraq, 400 min manatlıq toy etməsi ilə gündəmə gəlmişdi. Daha sonra isə cütlük rəsmi şəkildə boşanıb.  

Ayselin Elşəndən bir, Oqtaydan isə əkiz oğlanları var.  






Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO