"Neftçi"nin Konfrans Liqasındakı rəqibi dəqiqləşdi

Hazırda oxunan: "Neftçi"nin Konfrans Liqasındakı rəqibi dəqiqləşdi

149388

"Neftçi"nin Konfrans Liqasının 3-c təsnifat mərhələsindəki rəqibi dəqiqləşib. 

Bizim.Media xəbər verir ki, bu, Türkiyənin "Beşiktaş" klubudur. İstanbul təmsilçisi 2-ci təsnifat mərhələsinin cavab oyununda "Tirana"ya (Albaniya) səfərdə 2:0 hesabı ilə qalib gəlib. İlk matçda da rəqibini 5:1 hesabı ilə məğlub edən "Beşiktaş" növbəti mərhələyə yüksəlib və "Neftçi"yə rəqib olub. 

Qeyd edək ki, Bakı klubu ilk görüşünü səfərdə keçirəcək. 

Əlavə edək ki, Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 10-u, cavab qarşılaşmaları avqustun 17-i olacaq. 

3 avqust 

"Tirana" - "Beşiktaş" - 0:2 

Qollar: Amartey, 57, Abubakar, 75 
Qırmızı vərəqə: Masuaku, 66 ("Beşiktaş") 
İlk oyun - 1:5 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO