Hansı banklara əmanət yatırmaq SƏRFƏLİ DEYİL? – ARAŞDIRMA 

Hansı banklara əmanət yatırmaq SƏRFƏLİ DEYİL? – ARAŞDIRMA 

Hazırda oxunan: Hansı banklara əmanət yatırmaq SƏRFƏLİ DEYİL? – ARAŞDIRMA 

149306

Azərbaycanın kommersiya bankları tərəfindən müştərilərə təklif olunan əmanətlərin məbləğlərində və illik faiz dərəcələrində ciddi fərqlər özünü açıq göstərir.

Bizim.Media-nın apardığı araşdırma zamanı məlum oldu ki, hər bir bankın özünəməxsus müddətli əmanət və depozit siyasəti var. Bəzilərində sərfəli, bəzilərində isə sərfəli olmayan təkliflər diqqəti cəlb edir. Elə bank da var ki, onun təkliflərinə yaxın durmaq mümkün deyil. 
 

MÖVZU İLƏ BAĞLI:

Hansı bankların kredit faizləri DAHA YÜKSƏKDİR? – ARAŞDIRMA 


“Kapital Bank”

Bu bank müştərilərinə üç növ əmanət təklifi irəli sürür. Bunlardan biri – “Kapital depoziti” adlanan əmanət növüdür. Təklif olunan minimum məbləğ 500 manatdan 5 000 manata qədərdir və 12, 18, 24 və 36 aylıq yatırma müddəti təyin edilir.

Bu depozitin ümumi gəliri 6 faiz və illik dərəcəsi isə 8 faiz təşkil edir. Maksimal məbləğ üçün isə heç bir məhdudiyyət yoxdur. Müddətsiz depoziti isə 100 manatdan başlayır. Dollarla əmanətlər üçün isə minimum müddət 12 ay, ilik faiz dərəcəsi isə 1 faizdir. 

“Bank of Baku”

İki əmanət növü təklif edir ki, biri “Manat”, digəri isə “Dinamik” adlanır. 

“Manat” əmanətində minumal məbləğ 500 manat, müddəti 1 aydan 6 aya, illik dərəcəsi isə 7 faizə qədərdir. Əmanətin artırılması mümkün deyil. 2016-cı il fevralın 1-dən etibarən fiziki şəxslərin əmanətləri üzrə hesablanmış faizlər 7 (yeddi) il müddətində gəlir vergisindən azad olunur.

Burada bir məqam diqqəti cəlb edir. Belə ki, göstərilən azadolma müddəti bu ilin fevralın 1-də bitsə də, növbəti müddət hələ də müəyyən olunmayıb. Əgər müştəri bu əmanətlə vəsait yatırımı edərsə, azadolunma ilə bağlı ciddi problemlə üzləşə bilər. 
“Dimanik” əmanətdə vəsait yatırımı 100 manatdan başlayır və maksimal müddət təyin olunmayıb. Vətəndaşlar hətta avro və dollarla da pul qoya bilərlər. Əmanət müddəti 1-36 aydır. Avroda müddət 12 aydan başlayır.

Bu növdə də göstərilən azadolma müddəti bu ilin fevralın 1-də bitsə də, növbəti müddət hələ də müəyyən olunmayıb. Faiz dərəcəsi milli valyutada min 4.50 faiz, maksumum isə 11.50 faizdir. Dollarla olan əmanətdə 0.10 - 2.75 faiz, avroda isə 1.00 - 1.70 faiz arasında dəyişir. 

“Access Bank” 

Bu bank isə müştərilərinə yalnız müddətli depozit təklif edir. Minimum müddət 6 ay, maksimum müddət isə 24 aydır. Bu banka 50 manatdan 100 000 manata qədər depozit yatırmaq imkanı var və hər bir məbləğə görə də faiz gəlirləri təklif olunur.

İllik dərəcəsi isə 10 faizdən başlayır. Məsələn, 11 000 manat depozit yatıran müştərinin 6 ay üçün faiz gəliri 385 manat, 12 ay üçün 990 manat, 18 ay üçün1650 manat, 24 ay üçünsə  2200 manat təşkil edir. 

“AFB Bank” 

Bu da yalnız müddətli əmanət təklifi irəli sürür və 100 manatdan 100 000 manata qədər yatırmaq olar. İllik dərəcəsi isə 11,5 faizdən başlayır.

Manatla yanaşı, dollarla da əmanət qoymaq mümkündür. Hər ikisi isə yatırım üçün 12, 24 və 36 aylıq müddət müəyyən olunur. 

Qeyd edək ki, əmanət məbləği azaldıldıqda və vaxtından əvvəl xitam verildikdə, müddəti faktiki olaraq 180 günə kimi olduqda faiz ödənilmir, 180-360 günə kimi olduqda, illik faiz dərəcəsinin 25%-ni təşkil edən faiz dərəcəsi üzrə ödənilir və 360 gündən artıq olduqda illik faiz dərəcəsinin 30%-ni təşkil edən faiz dərəcəsi üzrə ödənilir. 

Əgər vətəndaş 10 979 manat vəsait yatırarsa, o zaman faiz dərəcəsi 9 faiz, əldə olunan gəlir 988 manat təşkil edəcək. 

“Xalq Bank”

Öz müştərilərinə dörd xidmət təklif edir. Bunlardan biri “Proqres” əmanətidir. Bu depozitin müddəti 12 aydan 24 aya, illik dərəcəsi isə 7 faizə qədərdir, minimum məbləği 100 başlayır, maksimum məbləği üçün isə məhdudiyyət qoyulmayıb və 100 000 manata qədər vəsait qoymaq mümkündür. Bu xidmət növündə avro və dollarla da əmanət yatırmaq olar. Hesablanmış faizlər kart yaxud cari hesaba köçürülür.

Bankın “Uşaq yığımı” adlanan əmanət növündə depozitin minimum məbləği 1000 manatdan başlayır, maksimal məbləğ və əmanətin artırılması üçün isə heç bir məhdudiyyət yoxdur. İllik dərəcəsi 6,5 faiz qədərdir. 

Qeyd edək ki, əmanət 18 yaşına çatmamış uşağın adına açılır. Uşaq 14 yaşına çatdıqda valideynlər tərəfindən yazılı surətdə təqdim edilmiş icazə ərizəsi əsasında əmanət üzrə əməliyyatlar apara bilər. 
“Müddətli əmanət”də minimal məbləğ 1000 manatdan başlayır. Depozitin müddəti 3, 6, 9, 12 və 24 aydır. Hətta dollar və avro ilə də depozit yatırmaq mümkündür.   

Sonuncusu isə "VİP-Rantye" depozitidir ki, burada minimum məbləğ 100 000 min manatdan başlayır, illik dərəcəsi 7 faizə qədər, müddəti isə 12 aydan 24 aya qədərdir. Faizlər hər ay ödənilir. Sonrakı dövrlərdə yatırılan vəsaitin 50 faizə qədərini, yəni 50 000 manatadək çıxarılmasl mümkündür. Hesablanmış faizlər kart yaxud cari hesaba köçürülür.

“Unibank” 

“Unibank”da 5 əmanət növü mövcuddur. Bunlardan biri olan müddətli depozitlə əmanət yatırmaq üçün ən azı 500 manat bəs edir. Müddəti 6 aydan 30 aya, illik dərəcəsi isə 11 faizə qədərdir. 

“Yığım” adlanan ikinci depozitdə əmanətin məbləği 50-200 000 manat arasında dəyişir. Artırma məbləği 10 manatdır. Müddəti 12 aya, İllik dərəcəsi isə 8,5 faizə qədərdir. Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini  milli valyutada 12%, xarici valyuta 2.5% təşkil edir. 
“Proqressiv” əmanəti ilə pul yatırmaq üçün minimal 500 manat, maksimal 200 000 manat lazımdır. Müddəti 1-12 ay, illik dərəcəsi 3-10 faizdir. Milli valyuta ilə 1 aylıq dərəcə 3 faizdən, 12 aylıq isə 10 faizdən başlayır. Qorunan  əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini milli valyutada 12%, xarici valyuta 2.5% təşkil edir. 

“Faizlər əvvəlcədən” adlı depozit növündə vəsait yatırmaq üçün minimal 500 manat, maksimal 200 000 manat lazımdır. Müddəti 12 ay, illik dərəcəsi isə 4 faizdir.

Bu əmanətinin vaxtından əvvəl xitam edilməsi hallarında müştəri tərəfindən “Hesablaşma Kassa Əməliyyatlar”-na görə 10 AZN komissiya tətbiq olunur. 

“Topla” adlanan bu əmanət növündə isə minimal və ya maksimal məbləğ göstərilməyib. Müddəti 3-12 ay, illik dərəcəsi isə 5-7 faiz arasında dəyişir, yəni  3 aylıq 5 faiz, 6 aylıq 6 faiz, 9 aylıq 6 faiz, 12 aylıq isə 7 faizdir. Maksimal toplanacaq məbləğ: 15 000 manat təşkil edir. 

“VTB Bank”

Bu bank da 5 növ depozit xidməti təklif edir. Bunlardan “Sərfəli” adlı əmanət növündə yatırılacaq vəsaitin məbləği 100 manatdan 5 000 manata qədərdir. Müddəti isə 3-36 ay arasında dəyişir. Əgər 5619 manatlıq pul yatırmalı olsanız, hər ay illik 2,4 faizlə 1873 manat gəlir əldə edəcəksiniz. 

“Hədəf əmanəti”ndə vəsait yatırmaq 100 manatdan başlayır. Müddəti 3-36 ay, illik dərəcəsi isə 6.25 faizə qədərdir. Depozitin bütün müddəti üçün vəsaitin əlavə edilməsi mümkündür. Dollar və rublla da pul qoymaq mümkündür. Bu bankın “cari yığım hesabı”na vəsait yatırmaq üçün minimal və ya maksimal məbləğ, hətta müddəti ümün məhdudiyyət yoxdur və istənilən həcmdə depozit qoymaq olar. 

“Avans əmanəti”ndə ən az vəsait 500 manatdır. İllik dərəcəsi 6 faizə qədər, müddəti isə 1-3 il arasında dəyişir. 

“Uşaq yığımı hesabı”na minimal 100 manatdan başlayan əmanələr yatırmaq mümkündür. Müddəti 1 ildən 18 ilədək, faiz dərəcəsi isə 10,5 faizə qədərdir. Əmanətə 5 manatdan başlayaraq ən yuxarı məbləğə qədər vəsaitin əlavə edilməsi mümkündür. 

Azərbaycan Beynəlxalq Bankı

Müştəriləri üçün yalnız “Klassik” əmanəti təklif edir ki, burada ilkin məbləğ 500 manatdan başlayır. Müddəti 1-3 il arasında dəyişir. İllik dərəcəsi isə müddətə görə 6-7 faizdir. Əgər hər ay ödəniləcəksə, 12 aylıq 6 faizdən, 24 və ya 36 aylıq olacaqsa, 6,5 faizdən başlayır. İllik ödəniləcəksə, o zaman 12 aylıq 6,5 faizdən, 24 və ya 36 aylıq olacaqsa, 7 faizdən olacaq.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO