Ermənistan parlamenti son ayda 10 min dollarlıq konyak alıb - Paşinyan büdcəni dağıdır

Ermənistan parlamenti son ayda 10 min dollarlıq konyak alıb - Paşinyan büdcəni dağıdır

Hazırda oxunan: Ermənistan parlamenti son ayda 10 min dollarlıq konyak alıb - Paşinyan büdcəni dağıdır

149265

Ermənistan parlamenti son bir ay ərzində təxminən 4 milyon dram (10 min dollardan bir qədər çox) dəyərində konyak alıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Joxovurd" qəzeti yayıb.

Nəşr yazır ki, 1-31 iyul tarixlərində xarici nümayəndə heyətlərinin qəbulu və xarici səfərlərin təşkili üçün 3,88 milyon dram dəyərində konyak alınıb. 

Qəzet əlavə edir ki, onlar spirtli içkiləri "Pernod Rikar"la (İrəvan konyak zavodunun sahibi) bağlı olan "Vino Vino" şirkətindən alıblar.

Müqayisə üçün nəşr qeyd edir ki, aprel ayında həmin şirkətdən 10,7 milyon dramdan çox məbləğdə konyak alınıb. İyun ayında isə Ermənistan parlamenti "Noas Orchards Distilling Company"dən təxminən 2 milyon dram dəyərində araq alıb.
Nəşr iddia edir ki, Ermənistanın baş nazirinin komandası büdcə vəsaitlərini məqsədəuyğun olmayan şəkildə xərcləyir. Baxmayaraq ki, Nikol Paşinyan vaxtilə buna görə əvvəlki hakimiyyəti günahlandırmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO