“Araz Naxçıvan” konqolu legionerlə müqavilə bağladı

“Araz Naxçıvan” konqolu legionerlə müqavilə bağladı

Hazırda oxunan: “Araz Naxçıvan” konqolu legionerlə müqavilə bağladı

149202

“Araz-Naxçıvan” transfer çalışmalarını davam etdirir.  

Bizim.Media xəbər verir ki, Muxtar Respublika təmsilçisi bu dəfə Elvis Maşike ilə 1 illik müqavilə imzalayıb.  

Bu gün Bakıya gələn konqolu yarımmüdafiəçi mərkəz hücumçusu kimi də çıxış edə bilir. O, tibbi müayinədən keçib və komandaya qoşulub.  
Qeyd edək ki, 186 sm boya malik futbolçu hücumda da oynamaq qabiliyyətinə malikdir. Onun sonuncu klubu Maltada “Xamrun Spartan” olub.  

Buna qədər isə müxtəlif illərdə Çexiya və Slovakiyanın “Jilina”, “Seniça”, “Slovan”, “Viktoriya”, “Visehrad”, “Zvolen”, “Çeçka”, “Loko Vltavin”, “Sered”, “Banik Ruzina” komandalarında çıxış edib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO