Dollara tələb 100 faiz ARTDI – Manatı NƏ GÖZLƏYİR?

Dollara tələb 100 faiz ARTDI – Manatı NƏ GÖZLƏYİR?

Hazırda oxunan: Dollara tələb 100 faiz ARTDI – Manatı NƏ GÖZLƏYİR?

149150

“Dollara olan tələb 100 faizdən çox artdı. Bu cür kəskin artıma səbəb kimi bir sıra məqamları qeyd etmək olar. Amma bunlar arasında əsas amil yeni tədris mövsümü ilə əlaqədar dollara tələbin artmasıdır”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Eldəniz Əmirov sosial şəbəkə hesabında yazıb.

“Məktəb ləvazimatlarının, vəsaitlərinin, məktəbli formalarının və digər idxal məhsullarının ölkəyə gətirilməsi prosesinin başlaması dollara olan tələbi artırıb. Digər bir amil isə xaricdə təhsil alan tələbələrin növbəti tədris ilinə hazırlıqlara başlamasıdır”, - deyə ekspert əlavə edib.

E.Əmirovun sözlərinə görə, dollara tələbatın artması prosesi hələ bir müddət də davam edəcək:

“Qarşıdakı müddətdə dollara tələbinin yüksək qalması mümkündür. 

Bəs bu manat üçün hansısa təzyiq və məzənnə dəyişikliyi üçün zərurət yarada bilərmi?

Nəzərə alsaq ki, yuxarıda qeyd etdiyim amillər bir-iki aylıq dövrü əhatə edəcək, deməli dollara tələbin artım dinamikası davamlı olmayacaq. Ona görə də hər hansı bir ciddi təzyiqdən söz gedə bilməz. Ölkənin mövcud valyuta ehtiyatları (hazırda 66 milyard dollar) və mövcud neft qiymətləri manata qorxu yaratmadan, onun "relax"ına imkan verəcək”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO