Sürücülük vəsiqəsindən məhrum olan bloqer yenidən imtahan verdi - FOTO/VİDEO

Sürücülük vəsiqəsindən məhrum olan bloqer yenidən imtahan verdi - FOTO/VİDEO

Hazırda oxunan: Sürücülük vəsiqəsindən məhrum olan bloqer yenidən imtahan verdi - FOTO/VİDEO

149081

Rusiya və MDB ölkələrindən məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənov yenidən sürücülük vəsiqəsini almaq üçün imtahan verib. 

Bizim.Media xəbər verir ki, “gecəsini gündüzünə” qatan Hüseyn bir neçə saat davam edən test imtahanından keçərək, verilən 20 sualdan 20-nə doğru cavab verdiyini açıqlayıb. 

Həsənov bildirib ki, imtahandan uğurla keçdiyi üçün şəxsi qarajını daha bir lüks avtomobil ilə bəzəyəcək.  

Gecə saatlarında isə Hüseyn sürücülük imtahanından müvəffəqiyyətlə keçdiyi üçün klubların birində bu hadisəni təmtəraqlı şəkildə qeyd edib. Dostlarını ətrafına toplayan video bloqer sürücülük vəsiqəsinin fotosu həkk olunan tortu kəsiblər. 

Həmin anları isə H.Həsənov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Qeyd edək ki, üç il əvvəl mayın 9-dan 10-na keçən gecə Hüseyn Həsənov ciddi şəkildə yol hərəkət qaydalarını pozduğu üçün polis tərəfindən saxlanılıb. Gecə saatlarında Moskva küçələrində avtomobil idarə edən bloqer nömrəsini gizlədib. Polis maşını saxlayanda isə Hüseyn protokolu imzalamaqdan imtina edib. Növbəti günlərdə isə Hüseynin əlindən sürücülük vəsiqəsi alınmışdı. Lakin qalmaqallı hadisəni video bloqerin özü şərh etməyib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO