Azərbaycan bu il Uşaq “Avroviziya”sında iştirak etməyəcək

Azərbaycan bu il Uşaq “Avroviziya”sında iştirak etməyəcək

Hazırda oxunan: Azərbaycan bu il Uşaq “Avroviziya”sında iştirak etməyəcək

149076

Azərbaycan bu ilin noyabr ayında Fransanın Nitsa şəhərində keçiriləcək sayca 21-ci Uşaq Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcək. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan nümayəndə heyətinin rəhbəri Vasif Məmmədov “Eurofestivales”ə verdiyi müsahibəsində deyib.  

Nümayəndə heyətinin rəhbəri imtinanın səbəbini açıqlamayıb. 

Qeyd edək ki, Azərbaycan ötən il Ermənistanda keçirilən 20-ci Uşaq Avroviziya mahnı müsabiqəsində də iştirakdan imtina etmişdi. Ölkəmiz son dəfə 2021-ci ildə Fransanın paytaxtı Parisdə baş tutan müsabiqəyə qatılmış və müsabiqəni beşinci sırada tamamlamışdı. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO