Kinorejissor Cəmil Fərəcov vəfat edib

Kinorejissor Cəmil Fərəcov vəfat edib

Hazırda oxunan: Kinorejissor Cəmil Fərəcov vəfat edib

149024

Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov 77 yaşında vəfat edib. 

Bu barədə Bizim.Media-ya ittifaqdan məlumat verilib. 

O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 

Qeyd edək ki, Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub.

Azərbaycan Neft və Kimya İnstitutunu, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyir. 
Əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, üç nəvəsi var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO