Ən yüksək faizlə ipoteka krediti verən BANKLAR – ARAŞDIRMA 

Ən yüksək faizlə ipoteka krediti verən BANKLAR – ARAŞDIRMA 

Hazırda oxunan: Ən yüksək faizlə ipoteka krediti verən BANKLAR – ARAŞDIRMA 

148979

Azərbaycan Mərkəzi Bankının verdiyi son məlumata görə, cari ilin 6 ayı ərzində bankların daxili ipoteka kreditləri ötən ilin eyni dövrü ilə müqayisədə 26.8 mln. manat və ya 12% artaraq 243.7 milyon manat təşkil edib. 

Bizim.Media xəbər verir ki, cari dövrdə İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən banklara verilən yenidən maliyyələşmə kreditlərinin həcmi illik müqayisədə 23.5 milyon manat və ya 12% artaraq 211.8 milyon manata qalxıb. 
 

MÖVZU İLƏ BAĞLI:

İpoteka və Kredit Zəmanət Fondunun gəlirləri və xərcləri kəskin artıb – HESABAT  


2023-cü ilin əvvəli ilə müqayisədə ipoteka kreditlərinin həcmi 335.8 mln. manat və ya 11% artaraq 3 mlrd. 321 mln. manata yüksəlib.

İpoteka yolu ilə verilən kreditlərin məbləği və faizləri ilə bağlı məsələlər həmişə cəmiyyyətin diqqətində olduğu üçün kiçik araşdırma apardıq. 

Əldə etdiyimiz nəticələr göstərdi ki, bəzi banklarda ipoteka kreditlərinin, əsasən də daxili kreditlərin illik faiz göstəriciləri xeyli yüksəkdir.

Kapital Bank

Bu bankın daxili ipoteka üçün faiz dərəcələri 5-7 faiz arasında dəyişir “Kapital Bank” ASC-nin daxili ipoteka kreditləri 20 min manatdan 500 min manat qədər, illik faiz dərəcələri isə 5-7 fazi arasında dəyişir. 

Belə ki, Bakı, Sumqayıt, Abşeron zonası istisna olmaqla, digər rayon və şəhərlərdə yaşayan və işləyən, rəsmi gəlirə malik əhalinin mənzil əldə etməsi üçün bankın daxili vəsaiti hesabına təqdim etdiyi sosial ipoteka kreditinin ilkin məbləği 20 min manat təşkil edir.

İlkin ödənişi 15 faizdən, illik faiz dərəcəsi isə 6 faizdən başlayır. Bu kreditə sahib olmaq üçün vətəndaş sahib olduğu mənzilin və ya fərdi yaşayış evinin maliyyə dəyərini də göstərməlidir ki, bu da 60 min manatdan başlayır. 

Ölkənin istənilən ərazisində çıxarışlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisi ilə məşğul olan vətəndaşlar üçün “Ev tikinti ipotekası” adı ilə verilən kreditin ümumi məbləği 20 min manatdan 250 min manata qədər dəyişir. Bunun illik faiz dərəcəsi 7 fazdən, ilkin ödənişi isə 15 faizdən başlayır. 

Bank digər gəlir mənbələri olan şəxslər ( icarədar, repetitorlar, ticarətçi, peşə sahibləri və s.) və hətta VÖEN ödəyicisi olan və olmayan fərdi sahibkarlar üçün daxili ipoteka krediti təklif edir. Bu kreditin ümumi məbləği 20 000 - 500 000 arasında dəyişir. İllik faiz dərəcəsi 6 faizdən, ilkin ödənişi isə 15 faizdən başlayır. Bu yolla mənzilə sahib olmaq istəyənlər alacağı daşınmaz əmlakın növünü, mənzilin dəyərini və ipotekanın müddətini göstərməlidir. 

Çıxarışlı və çıxarışsız mənzillərə sahib olmaq istəyən şəxslər 20 000 - 500 000 arasında ipoteka krediti götürə bilərlər. Bu kreditlərin illik faiz dərəcəsi 5 faizdən, ilkin ödənişi isə 15 faizdən başlayır. 

Xalq Bank 

“Xalq Bank”da illik 9-11 faiz səviyyəsindədir. “Xalq Bank” ASC-nin daxili ipoteka krediti əldə etmək istəyən şəxslərə təklif etdiyi məbləğin ümumi dəyəri 250 min manata qədərdir. İllik faiz dərəcəsi 9-11 faiz səviyyəsindədir. 

Bildirək ki, bu vəsaiti əldə etmək istəyən şəxslərə alınan əmlakın 30 faizi dəyərində ilkin ödəniş olunur. Bunun üçün də vətəndaş qarşısında girov təminatı ilə bağlı ağırlaşdırıcı şərt qoyulur ki, bu da dövlət reyestrindən çıxarışı olan və təmirli mənzil tələbidir. Kreditin məbləğindən asılı olaraq minimum 2 manat, maksimum 1000 manat dəyərində 0,2 faizlik komissiya haqqı tutulur. 

Unibank

“Unibank”da İllik faiz dərəcəsi isə 7 faizdən başlayır. “Unibank” ASC-nin daxili ipoteka kreditinin məbləği isə 150 min manatdan (güzəştli ipotekada 100.000) və girov qoyulan yaşayış sahəsinin bazar dəyərinin 70%-indən artıq ola bilməz

Bu vəsaiti əldə etmək istəyən müştəri üçün maksimum 360 aya qədər ödəmə müddəti təyin olunur. İllik faiz dərəcəsi isə 7 faizdən, ilkin ödənişi isə 30 faizdən başlayır. Kreditin rəsmiləşdirilməsinə görə müştəridən 0.1 faiz komissiya haqqı tutulur. Verilən kreditin əvəzində istənilən yaşayış sahəsi girov kimi qoyulmalıdır. 

VTB Bank

"Bank VTB (Azərbaycan)" ev sahibi olmaq istəyənlər üçün 275 min manat dəyərində daxili ipoteka krediti təklif edir. İllik faiz dərəcəsi 12 faizdən, ilkin ödənişi isə 20 faizdən başlayır. 

Beynəlxalq Bank 

“Azərbaycan Beynəlxalq Bankı” ASC öz müştərilərinə daxili ipoteka krediti üçün tam fərqli şərtlər təklif edir. Bu kreditinin müştərinin ümumi gəlirindən asılı olaraq dəyişə bilir. 600 min manata qədər ipoteka krediti götürən şəxslər üçün illik faiz dərəcəsi 60 aya qədər 6-7 faiz, 61 aydan 120 ayadək 7-8 faiz, 121 aydan 300 ayadək isə 8-9 faiz arasında dəyişir.  

İmtiyazlı və ya korporativ pərakəndə seqment müştərilər üçün minimum ilkin ödəniş 15 faiz, digər müştərilər üçün isə 25 faiz həddində müəyyənləşib. Onlardan 1 faiz həddində komissiya haqqı tutulur. Girov qoyulan əmlakın bazar dəyəri kredit məbləğinin 150% həcmində olmalıdır.
İpoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır. Çıxarışlı mənzil birbaşa MTK-dan alındıqda və müştəri mənzilin dəyərinin ən azı 40%-i ödədikdə bu tələb nəzərə alınmaya bilər. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO