Səfərbərlik Xidmətinin iki generalı vəzifəsindən AZAD OLUNDU 

Səfərbərlik Xidmətinin iki generalı vəzifəsindən AZAD OLUNDU 

Hazırda oxunan: Səfərbərlik Xidmətinin iki generalı vəzifəsindən AZAD OLUNDU 

148910

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 5 vəzifəli şəxsi sərəncama götürülüb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, bunlar Çağırış Baş İdarə rəisi general - mayor Çingiz Kiçikbəyov,  Kadrlar Baş İdarə rəisi general-mayor Azad Əliyev, Təşkilat Nəzarət Baş İdarə rəisi polkovnik  Famil Aslanov, Maddi-Texniki Təminat Baş İdarə rəisi polkovnik Anar Əliyev  və Səfərbərlik Baş İdarə rəisi polkovnik Vəli Rzayevdir. 

Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov sorğumuza cavab olaraq bildirib ki, müvafiq sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 5 Baş İdarəsinin rəisləri tutduqları vəzifədən azad olunub və hazırda Xidmət rəisinin sərəncamına götürülüb.  
Qeyd edək ki, həmin Baş İdarələr ləğv olunmayıb. 

Xatırladaq ki, bu barədə ilk məlumatı gununsesi.info yayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO