Ermənistanın Baş naziri Nikol Paşinyan rus hərbçilərin ölkə sərhədlərində yerləşdirilməsinin səbəbini izah edib.
Bizim.Media “RİA Novosti”yə istinadən məlumat verir ki, Paşinyan Rusiya sərhədçilərinin Ermənistanın Türkiyə və İranla sərhədlərində dayandığını etiraf edib:
“İndi isə hadisələrin son inkişafı nəticəsində Rusiya sərhədçiləri həmçinin Ermənistanın cənub-şərq və cənub-qərb sərhədlərində də dayanırlar. Yəni, burada əslində yeni heç nə yoxdur”, - deyə N.Paşinyan bildirib.
Bizim.Media