Bazara daxil olan saxta bitki yağları ilə bağlı iddiaya AQTA-dan CAVAB  

Bazara daxil olan saxta bitki yağları ilə bağlı iddiaya AQTA-dan CAVAB  

Hazırda oxunan: Bazara daxil olan saxta bitki yağları ilə bağlı iddiaya AQTA-dan CAVAB  

148511

İyulun 27-də marketlərdə saxta bitki yağının satışa buraxıldığı barədə yazı dərc etmişdik. Jurnalist Ülviyyə Quliyevanın iddiasına görə mütəmadi istifadə etdiyi Kırlanğıc qarğıdalı yağlarının yeni partiyasının həcmində və dadında hissolunacaq dərəcədə fərq var. Həmçinin qeyd olunan yağların yeni partiyası olan qablaşdırmanın üzərində etiket vurulub. Hansı ki, bundan əvvəlki yağlarda etiket olmayıb. 

Məsələni araşdıran Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bizim.Media-nın bununla bağlı sorğusunu cavablandırıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Bazara saxta bitki yağları DAXİL OLUB? – FOTOFAKT 


“AQTA bildirir ki, Türkiyə Respublikasında istehsal olunan "Kırlangıc" əmtəə nişanlı qarğıdalı yağları ölkəmizə 5 sahibkarlıq subyekti tərəfindən idxal edilir.

Sözügedən məhsullar respublikamıza birbaşa istehsalçıdan yalnız "Sham-Fi International Trading Company” MMC tərəfindən gətirilir.

İdxalçının sifarişi əsasında məhsulların üzərindəki etiket məlumatları türk dilindən Azərbaycan dilinə tərcümə olunaraq, etiketdə idxalçı müəssisənin də adı qeyd edilməklə, birbaşa idxal olunur.  

Digər idxalçılar isə sözügedən məhsulları qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olaraq, Türkiyənin topdansatış bazarından gətirir.  

Həmin məhsulların qablaşdırılması üzərində yalnız türk dilində məlumatlar olduğu üçün “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərinə və "Azərbaycan Respublikasının dövlət dili haqqında" Qanunun 7.3-cü yarımbəndinə uyğun olaraq, əlavə yerləşdirilən stiker vasitəsilə malların üzərindəki etiketlərin və digər yazıların müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də yazılması Agentlik tərəfindən təmin edilir”. 

AQTA-dan o da bildirilib ki, idxal olunan eyni əmtəə nişanlı məhsulların qablaşdırılması üzərində mövcud olan dizayn fərqi idxalçı və istehsalçı müəssisələrin idxal tələbləri, eləcə də şərtləri əsasında tərtib edilir: 

“Eyni zamanda bildiririk ki, ölkəmizə gətirilən bütün qida məhsulları qanunvericiliyin tələblərinə uyğun olaraq, AQTA-nın nəzarət tədbirləri çərçivəsində sənəd, fiziki və eynilik nəzarəti həyata keçirildikdən sonra və yoxlama nəticələrinin uyğunluğuna əsaslanaraq məhsul partiyalarının idxalına icazə verilir və sertifikatlaşdırılır.

Bu isə öz növbəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikatlaşdırılmış məhsulların originallığına şübhə yaratmamalıdır. 

İstehlakçılar qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı şübhələri olduğu təqdirdə, Agentliyin “1003-Çağrı Mərkəzi”nə zəng vuraraq məlumat verə bilərlər”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO