Avtomobil alqı-satqısı zamanı icbari sığorta kimin adında QALMALIDIR?

Avtomobil alqı-satqısı zamanı icbari sığorta kimin adında QALMALIDIR?

Hazırda oxunan: Avtomobil alqı-satqısı zamanı icbari sığorta kimin adında QALMALIDIR?

148385

“Ötən ilin noyabr ayında özümə yeni avtomobil aldım, ancaq alqı-satqı işləri bu ilin may ayında baş çatdı. İcbari sığortası isə hələ də alqı-satqı etdiyim şəxsin adınadır və bu günə qədər də mənim adıma keçməyib. Əgər yol-qəza hadisəsi baş verərsə və kiminsə avtomobilini vurarsam, ona dəyən ziyanı müştərisi olduğum sığorta şirkəti ödəyəcək. Üstəlik etdiyim qəzanın cərimələri avtomobilimin əvvəlki sahibinin adına yazılacaq ki, bu normal sığorta haqqından da yüksək olacaq və bununla da risk zonasına daxil olacaq”. 

Bu sözləri Bizim.Media açıqlamasında sığorta üzrə ekspert İlkin İbrahimov bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Maşın sığortası üzrə ən çox şikayət haradandır? - Siyahı 


“Əsl mahiyyət isə ondan ibarətdir ki, İcbari Sığorta Bürosu öz səlahiyyətinə aid olan bu problemi həll etmək istəmir. Bu da qanunvericilikdə olan boşluqdan irəli gəlir. Bir sözlə, vətəndaşlıq hüquqlarımız pozulur. Mərkəzi Bank da bu məsələyə birbaşa müdaxilə etməli və öz mövqeyini ortaya qoymalı və qanundakı boşluq aradan qaldırılmalıdır. Bütün texniki məsələlər büronun məsuliyyətində olduğu üçün istəsə, problemi aradan qaldıra bilər”, - deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, əgər məsələ həll olunmasa və hər hansı bir yol-nəqliyyat hadisəsi baş verərsə, həm avtomobililini satan, həm də alan şəxs problem yaşayacaq: 

“Belə ki, satan şəxs günahı olmadığı halda, ona sığorta haqqı daha yuxarı məbləğdə hesablanacaq ki, bu da istehlakçı hüquqlarının pozulmasıdır. Əgər Mərkəzi Banka mövzu ilə bağlı sorğu göndərilsə, cavab verəcək ki, prossedur qaydaları belədir, yəni avtomobilini satan şəxs özü ərizə yazaraq imtina etməlidir”. 

Bürokratik əngəllərlə vətəndaşları böyük problemlərlə üz-üzə qoyduqlarını deyən şikayətçi qeyd edir ki vətəndaş Dövlət Yol Polisi İdarəsinə gedir və alqı-satqı etmək üçün ona çoxlu sayda ərizə və digər sənədlər yazdırırlar: 

“Bunun üçün də onun bir iş günü hədər gedir. Bundan başqa, icbari sığortadan imtina etmək üçün sığorta şəhadətnaməsini verən şirkətin baş ofisinə yaxınlaşmalıdır. Orada ərizə yazaraq avtomobilin onun adında olmadığına həmin şəhadətnamədən imtina etmək istədiyini bəyan etməlidir. Alıcı isə başqa bir ərizə yazmalı və istədiklərini bəyan etməlidir”.

Onun dediyinə görə, bütün məsələlərin onlayn sistemlə asan həll olunduğu bir dövrdə insanlara süni problemlər yaradırlar: 

“Bunun da bir həlli yolu var. Belə ki, İcbari Sığorta Bürosu ilə Dövlət Yol Polisi İdarəsi qarşılıqlı inteqrasiyanı müəyyən etməli və aralarındakı məsələlərin notarial qaydada həll olunması üçün elektron mübadilə proqramlarını işə salmalıdırlar, yəni onlar öz aralarında yalnız bir addımı icra edəcəklər. Belə ki, DYPİ satıcıdan ərizə alacaq və göstərəcək ki, imtina etdiyi üçün icbari sığorta avtomatik alıcının adına keçir. Ona görə ki, alıcı alqı-satqı üçün bütün rüsumları ödəyir. Ancaq onlar bu proseduru etmirlər. Ona görə ki, büroya bununla bağlı əlavə pul gələcək”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO