Aşura ilə bağlı qan verənlərin sayı AÇIQLANDI 

Aşura ilə bağlı qan verənlərin sayı AÇIQLANDI 

Hazırda oxunan: Aşura ilə bağlı qan verənlərin sayı AÇIQLANDI 

148362

Bu gün Məhərrəm ayının 10-u - Aşura ilə əlaqədar keçirilən qanvermə aksiyasında saat 12:00-a olan məlumata əsasən, ümumillikdə ölkə üzrə 885 vahid qan yığılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. 

Qeyd edilib ki, yığılan qan Bakı üzrə 630, regionlarda isə 255 vahid təşkil edib. 

Səhiyyə Nazirliyi Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə Məhərrəm ayının 10-u, Aşura ilə əlaqədar keçirilən könüllü qanvermə aksiyası davam edir. 

Qeyd edək ki, Səhiyyə Nazirliyi Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə iyulun 28-də könüllü qanvermə aksiyası keçirilir. 
Aksiya Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının Bakı şəhəri və müxtəlif regionlarda yerləşən bölmələri tərəfindən keçirilir. Qanvermə aksiyaları paytaxtın 8 məscid və ziyarətgahında baş tutur. Eyni zamanda, aksiya respublikanın müxtəlif şəhər və rayonlarında, o cümlədən Gəncə, Lənkəran. Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Bərdə və Qubada keçirilir. 

Qeyd edək ki, qanvermə aksiyasında 18-65 yaş arası, çəkisi minimum 50 kq olan fiziki sağlam şəxslər qan verə bilərlər. Qanverən şəxslər ilk olaraq həkim müayinəsindən keçirlər. Onların təzyiqi yoxlanılır, bədən hərarəti ölçülür və bundan sonra vətəndaşın qan verib-verə bilməyəcəyi müəyyənləşdirilir. 

Qanvermə aksiyasında iştirak etmək istəyənlər aşağıdakı ünvanlara müraciət edə bilərlər. 

Bakı şəhəri üzrə: 

Mirmövsüm Ağa Ziyarətgahı - Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 1; 

Əjdərbəy məscidi - Nəsimi rayonu, S.Vurğun küçəsi, 78; 

“Sahib-əz-Zaman” məscidi - Nizami rayonu, R. Rüstəmov küçəsi 25/24; 

Bibiheybət məscid ziyarətgahı - Səbail rayonu, Bibiheybət yolu, 2; 

Qaraçuxur məscidi - Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi 58; 

Təzə Pir məscidi - Yasamal rayonu, M.F. Axundzadə küçəsi, 7; 

Hacı Soltanəli məscidi - Yasamal rayonu, S.Əsgərova küçəsi, 75; 

İmam Əli məscidi - Binəqədi rayonu, 6-cı mkr., M.Məmmədxan küç., 3215 məh. 

Mərkəzi Qan Bankının regional bölmələri üzrə: 

Lənkəran şəhəri - Lənkəran Rayon Mərkəzi Xəstəxanası, Nizami küçəsi, 67; 

Mingəçevir şəhəri - Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası C korpusu, 20 yanvar küçəsi; 

Sumqayıt şəhəri - M.Hüseynzadə prospekti, Təcili Tibbi Yardım Xəstəxanası, 1-ci korpus, 1-ci mərtəbə; 

Şəki şəhəri - M.Ə.Rəsulzadə küçəsi, 164; 

Şirvan şəhəri - Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Heydər Əliyev prospekti, 16; 

Bərdə şəhəri - N.Nərimanov küçəsi, 2; 

Quba şəhəri - Tibb Kollecinin inzibati binası, Fətəli xan küçəsi, 10. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO